Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:18
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 16 avqust 2012. sayı: 154 (20.559)


NAXÇIVANDA YANACAQ MƏHSULLARININ QİYMƏTLƏRİ UCUZLAŞDI

...Belə ki, əvvəllər 1 litri 65 qəpiyə satılan A-95 markalı benzinin pərakəndə satış qiyməti 60, 1 litri 62 qəpiyə satılan A-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 55 qəpik müəyyənləşdirilib. A-80 markalı benzinin 1 litrinin pərakəndə qiyməti 55, 10 qəpik ucuzlaşan dizel yanacağının 1 litrinin pərakəndə satış qiyməti isə 45 qəpik olmuşdur.

Bundan başqa, M-12BU markalı motor yağının 1 litrini pərakəndə satış qiyməti 70, İ-12 və İ-20 markalı sənaye yağının 1 litrinin pərakəndə satış qiyməti 55, digər yağların 1 litrinin pərakəndə satış qiyməti 42 qəpikdən hesablanacaq. Həmçinin istehlakçılar T-30 və T-22 markalı turbin yağının 1 litrini pərakəndə satış qiyməti ilə 50 qəpikdən, T-1500 markalı transformator yağını 1 litrini isə pərakəndə satış qiyməti ilə 60 qəpikdən ala biləcəklər.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli qərarı ilə muxtar respublika ərazisində neft məhsullarının topdan və pərakəndə satış qiymətləri təsdiq olunduqdan sonra Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları tərəfindən neft məhsullarının satışı ilə məşğul olan yanacaqdoldurma məntəqələrinin sahibkarları ilə görüş keçirmiş, təsdiq olunmuş qiymətlər barədə onlara məlumat vermişlər.

PEŞƏSİNİN VURĞUNU

...Laləzar Paşayeva 1951-ci ildə Naxçıvan şəhərində anadan olub. 1977-ci ildə rabitə texnikumunu bitirib. Həmin ildən bu günə kimi «109» nömrəli məlumat xidmətində telefonçu işləyir.

Laləzar xanımdan peşəsinin çətin olub – olmadığını soruşduqda deyir ki, yeni işə başlayanda ona çox çətin olub. Lap o «Telefonçu qız» filminin qəhrəmanı kimi, ilk dəfə telefon dəstəyini qaldıranda çox həyəcanlanıb. Bu qədər nömrəni qarşısındakı kağızlardan necə tapıb deyəcəyini düşünüb. Həm də o vaxtlar iki xətlə işləyiblər. Yəni xətdə eyni vaxtda iki abonent olub. Telefonçu vəzifəsini icra edənlərin özünəməxsus xüsusiyyətləri olmalıdır. Bəzən gün ərzində iki yüzdən çox abonentə cavab verən telefonçu, ilk növbədə, gözəl səsə, diskussiya, güclü yaddaşa və insanlarla ünsiyyət qurmaq qabiliyyətinə malik olmalıdır. Axı «109» nömrəli məlumat xidmətinə həmişə eyni xasiyyətli adamlar zəng vurmur. Biri bədhövsələ olur, biri xoşxasiyyətli, biri... Hamısı ilə də dil tapmaq, ünsiyyət qurmaq lazım gəlir. Bəzən göstərilən xidmətə görə «sağ ol» belə demək istəməyən insanlarla da qarşılaşırıq

Şərhləri göstər

XS
SM
MD
LG