Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:57

Dünya əhalisinin 1/8-i aclıq çəkir


Oktyabrın 16-sı Dünya Ərzaq günüdür. Bu günü qeyd etməkdə əsas məqsəd qlobal aclığa, kasıblığa diqqət çəkməkdir.

Bu dəfə "kənd təsərrüfatı kooperativləri dünyanı yedirtmək açarıdır" devizi altında qeyd olunur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı deyir ki, bu deviz altında ərzaq təhlükəsizliyi və aclığın kökünü kəsmək üçün könüllü fəaliyyət göstərən assosiasiyaların rolunu qabartmaqdır.

Təşkilatın bu ay hazırladığı hesabata görə, 2010-2012-ci illərdə dünyada 870 milyona yazın adam, planet sakinlərinin 1/8-i doyunca yeməməkdən əziyyət çəkib.

Ac qalan adamların əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşayır. İnkişaf etmiş ölkələrdə isə 16 milyon insan doyunca qidalanmır.
XS
SM
MD
LG