Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:51

Russy Riotun qızları şərtləri daha ağır olan həbsxanaya köçürülür


Russy Riot qrupunun həbsdə qalan iki üzvü Moskva həbsxanasından kənara köçülüləcək.

22 yaşlı Nadezhda Tolokonnikova və 24 yaşlı Maria Alyokhina paytaxtdan qıraqdakı həbsxanalardan birinə aparılacaq. Moskvaya ən yaxın cəzaçəkmə müəssisəsi 100 km aralıda yerləşir. Burda saxlanma şərtləri daha sərtdir.

Tolokonnikova və Alyokhina isə onlara verilən 2 illik cəzanı hazırda olduqları həbsxanada çəkmək istəyirdilər. Hər ikisinin azyaşlı uşağı var və vəkilləri bildirir ki, bu, onların ailələri ilə görüşməsinə problem yaradacaq.

Russy Riot qrupunun üzvləri Moskvada, kilsədə prezident Vladimir Putinin əleyhinə mahnı oxuduqdan sonra həbs olunublar. Onlar xuliqanlıq ittihamı ilə üzləşiblər. Qrupun digər üzvü Yekaterina Samutsevich ötən həftə şərti azadlığıa buraxılıb. Ona icbari iş verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG