Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:40

Talibanın vurduğu 14 yaşlı qızın sağalmaq şansı var


Pakistanlı 14 yaşlı qızın sağalmaq şansı var. Bunu Britaniya həkimləri deyib.

Məktəbli Malala Yousufzai bir neçə gün əvvəl Taliban yaraqlıları tərəfindən ağır yaralanıb.

O, dünən xüsusi təyyarə ilə İslamabadan İngiltərəyə Birmingham xəstəxanasına gətirilib.

Kraliça Elizabeth xəstəxanasının tibbi direktoru Dave Rosser deyib ki, Malalanın sağalması bir ay çəkə bilər.

Xəstəxananın döyüşlərdə yaralanan əsgərlərin müalicə etmək təcrübəsi və müvafiq tibbi avadanlığı var.

Malala Yousufzai qız uşaqlarının təhsil alması üçün kampaniya aparırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG