Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Suriya üsyançıları ukraynalı jurnalisti girov götürüb


Ukrayna bildirib ki, Suriyada üsyançılar ukraynalı qadın jurnalist girov götürüblər. Prezident Viktor Yanukovych yazılı bəyanatda bildirib ki, Suriyada Rusiya televiziyası üçün işləyən Ankhar Kochneva itkin düşüb. Məlumatda deyilir ki, prezident 40 yaşlı jurnalistin axtarışı və onun müdafiəsi üçün göstəriş verib.

Xarici İşlər nazirliyinin sözçüsü Oleksandr Dykusarov deyib ki, Ankhar Kochnevanın azadlığa buraxılması üçün səylər göstərilir.

Jurnalistin Rusiya kanalında işlədiyi qrup bildirib ki, Ankhar oktyabrın 12-13-də onlarla əlaqə saxlayıb və deyib ki, oktyabrın 9-da Azad Suriya Ordusunun üsyançıları tərəfindən qaçırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG