Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:00

Gəncədə nikaha girənlərin sayı azalıb


Bu barədə Gəncə şəhər Statistika İdarəsinin məsləhətçisi Sürəyya Səfərova məlumat verib. Onun sözlərinə görə, cari ildə cəmi 1534 nəfərin nikahı qeydə alınıb.

Ötən ilin müvafiq dövründə isə 1698 nikah şəhadətnaməsi qeydə alınıb. Sürəyya Səfərova əlavə edir ki, nikahların sayında azalma olsa da əksinə boşanmaların sayında artım var.

Belə ki, bu ilim 9 ayı ərzində 362 ailə nikahını pozub.

Ötən ilin müvafiq dövrünə nəzər saldıqda isə məlum olur ki, həmin müddətdə cəmi 334 boşanma faktı olub.

Statistik rəqəmlər onu göstərir ki, ötən il Gəncədə hər 5 qurulan ailədən biri dağılırdısa da, bu il isə hər qurulan 4 ailədən biri boşanma ilə nəticələnir.

Günün bütün mövzuları

XS
SM
MD
LG