Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:59

Hacıkənd meşələrini 50 nəfərlik polis heyəti qoruyacaq


Bu barədə Göygöl Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktor müavini Aslan Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Hacıkənd meşələrini qorumaq üçün Göygöl rayon Polis Şöbəsi işlərə başlayıb. A. Vəliyev deyir ki, Hacıkənddə 70 hektar ərazi tikanlı məftillə əhatələnsə də qəsəbədə məskunlaşan məcburi köçkünlər ərazidə heyvan otararaq əkilən yeni tingləri məhv edib və cavan ağacları kəsiblər. Odur ki, artıq ərazini 50 nəfərlik polis heyəti qoruyacaq.

Direktor müavini əlavə edir ki, Hacıkənd ərazisində bir neçə yerdə «Meşəyə ziyan vuranlar məsuliyyətə cəlb ediləcək» sözü yazılmış xüsusi lövhələr də basdırılıb.

Hacıkənd meşəliyi 12 min hektar sahəni əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG