Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:38

Avropa Birliyi Belorus rejiminə qarşı sanksiyaları saxladı



Avropa Birliyi insan haqları pozuntularına görə Belorus rejiminə qarşı sanksiyaları davam etdirmək qərarına gəlib. Bu barədə bazar ertəsi birlik ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantıda qərar verilib.

Avropa Birliyi həmçinin Minski vətəndaş cəmiyyəti institutlarına, siyasi müxalifətə və müstəqil mediaya təqibləri dayandırmağa çağırıb.

Nazirlər qeyd ediblər ki, Belorus rəsmilərinə qarşı bundan əvvəl tətbiq edilmiş sanksiyalar ləğv edilə bilməz. Çünki hələ bütün siyasi məhbuslar azad edilməyib.
Hazırda Avropa Birliyi Belorusda prezident də daxil olmaqla 243 rəsminin birlik ölkələrinə səfərlərinə qadağa tətbiq edir. Qadağalar həmçinin Belorusun 32 qurumuna aid edilib.

Bazar ertəsi qəbul edilmiş qərarla həmin qadağaların müddəti 2013-cü ilin oktyabrına qədər uzadılır. Avropa Birliyi nazirləri onu da qeyd edirlər ki, Belorusla bağlı bu qərar hər zaman yenidən nəzərdən keçirilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG