Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:34

Keçmiş kral 89 yaşında vəfat edib



Kambocanın 89 yaşlı keçmiş kralı Norodom Sihanouk bazar ertəsi vəfat edib. Fransa müstəmləkəsi illərində doğulan Sihanouk ölkəsinin müstəqilliyi uğrunda mübarizəyə qoşulub.

Ailəsi keçmiş kralın ürək tutmasından əziyyət çəkdiyini və müalicə üçün getdiyi Pekin xəstəxanasında vəfat etdiyini bildirir.

Norodom Sihanouk ölkəsinin müharibə, soyqırımı, inqilab kimi hadisələrlə dolu 60 illik tarixində ciddi rola sahib olub. 1941-1955 və 1993-2004-cü illərdə Kambocaya krallıq edib.

O həmçinin 1975-79-cu illərdə məcburi əmək, aclıq, xəstəliklər və edamlarla 2.2 milyona yaxın adamın öldürülməsi ilə nəticələnmiş Khmer Rouge-un hakimiyyətinə qarşı da əsas fiqur olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG