Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:17

Naxçıvanda cinayətkarlığın səviyyəsi sıfıra yaxınlaşır?


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 3 iyul 2012. sayı: 122 (20.527)


ASAYİŞ KEŞİKÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD EDİBLƏR

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli liderimizin başladığı böyük quruculuq işləri daxili orqanlarının fəaliyyətində də öz əksini tapıb. Ulu öndərimizin diqqət və qayğısı ilə polis orqanlarının maddi – texniki bazası möhkəmləndirilib, fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində xeyli iş görülüb. Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə zəruri olan kadr potensialı, işgüzar ab – hava yaradılıb.

...Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında da daxili işlər orqanları xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Daxili işlər orqanlarının maddi – texniki bazasının ən müasir səviyyəyə çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, polis əməkdaşları üçün lazımi şərait yaradılıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada cinayətkarlığın səviyyəsi sıfıra yaxınlaşır. Naxçıvan dünyanın ən təhlükəsiz regionlarından birinə çevrilib. Muxtar respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən profilaktik tədbirlər nəticəsində 15 ildən çoxdur ki, cinayətkarlığın mütəşəkkil növləri üzrə heç bir cinayət hadisəsi qeydə alınmayıb... adamları girov götürmə və bu kimi xüsusilə ağır cinayətlər baş verməyib.

4937 HEKTAR SAHƏNİN TAXILI BİÇİLİB

...Taxıl tədarükündə Babək rayonu irəlidə gedir. Belə ki, bu bölgə 1070 hektar sahədən 2909 ton məhsul yığılıb. Culfa rayonunda 1042 hektar sahədən 2000 ton, Ordubad rayonunda 1027 hektar sahədən 2660 ton, Kəngərli rayonunda 904 hektar sahədən 2396 ton, Şərur rayonunda 600 hektar sahədən 1744 ton, Sədərək rayonunda 271 hektar sahədən 768 ton taxıl götürülüb. Naxçıvan şəhərinin tabeliyində olan kənd yaşayış məntəqələrində 23 hektar sahədə biçin aparılıb, 55 ton məhsul toplanılıb. Rayonlar üzrə ən yüksək nəticəni şərurlular əldə ediblər. Belə ki, bölgənin torpaq mülkiyyətçiləri hektarın orta məhsuldarlığını 29,6 sentə çatdırıblar. Ən zəif nəticə isə yenə də Culfa rayonuna aiddir. Burada hektarın məhsuldarlığı 19,2 faiz olaraq qalır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Ekoloji təmiz məhsullar
- Nağara həsrət toylarımız
- Milli dəyərlərimiz milli sərvətimizdir
XS
SM
MD
LG