Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:29

Azərbaycan və İran prezidentlərinin görüşü olub


-
Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmoud Ahmadinejad ilə görüşüb.

Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən 12-ci sammitinin önəmi vurğulanıb, bu tədbirin region ölkələri arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə inkişafından məmnunluqlarını ifadə ediblər.

İki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayan prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məlumatı Azərbaycan prezidentini rəsmi saytı yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG