Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:46

Rusiya müxalifəti seçkinin saxtalaşdırıldığını deyir


Vladimir Putin və Dmitri Medvedev "Vahid Rusiya" partiyasının toplantısında, 24 sentyabr 2011
Vladimir Putin və Dmitri Medvedev "Vahid Rusiya" partiyasının toplantısında, 24 sentyabr 2011
-
Rusiyanın müxalifət liderləri deyirlər ki, ötən bazar qubernator və regional parlamentlərin seçilməsində seçici fəallığı çox aşağı olub, səsvermə zamanı saxtakarlıqlar baş verib. Bütün bunlardan da prezident Putinin “Vahid Rusiya” Partiyasının xeyrinə istifadə olunub.

“Ədalətli Rusiya” Partiyasının lideri Sergey Mironov deyir ki, hökumət seçkini oktyabrın ikinci bazar günü keçirməklə insanların səsvermə məntəqələrinə getmək həvəslərini öldürüb.

“Insanlar gəlib səs vermək istəmirlər. Bu dəqiqdir. Və biz həmişə xəbərdarlıq etmişik, indi də edirik ki, seçici fəallığının aşağı olmasından məhz hakim partiya faydalanır. Seçkini bütün regionlarda eyni gündə - oktyabrın ikinci bazar günündə keçirmək - seçkinin boş şəhərlərdə keçirilməsi deməkdir. Bir çox insanlar hələ də yay məzuniyyətindən qayıtmayıblar, hələ də öz yay koteclərindədirlər”.

Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov isə bildirib ki, seçici fəallığının aşağı olması əslində bir etiraz formasıdır.

“Seçici fəallığının 13, 15, 17, yaxud 20 faizə düşməsi onu göstərir ki, 100 nəfərdən 80-i
Sergei Mironov
Sergei Mironov
öz ayaqları ilə indiki sistemin, yürüdülən siyasətin əleyhinə səs verib. Onlar heç bir çirkli kampaniyada iştirak etmək istəmirlər”.

Seçkilər Rusiyanın 83 regionundan 77-də keçirilib

5 regionda qubernator postunu “Vahid Rusiya” partiyasının namizədi udub.

Mer və regional parlament seçkilərində də “Vahid Rusiya” öndədir.

Hakim partiyanın təmsilçisi Andrey İsayev öz partiyasının qələbəsini ədalətli sayır.

“Bu, təkcə “Vahid Rusiya”nın qələbəsi deyil, həm də müxalifətin məğlubiyyətidir. Çünki onlar seçicilərə heç bir məntiqli, aydın proqram, yaxud uğurlu namizəd siyahısı təqdim edə bilməyiblər”.

Ölkə boyu pozuntular...

“Qolos” müstəqil müşahidə qrupu ölkə boyu 1000-dən artıq seçki pozuntusu qeydə aldığını bildirib.

Buraya bir nəfərin bir neçə nəfərin əvəzinə səs verməsi iddiası da daxildir.

Baş nazir Dmitri Medvedev saxtakarlıqlarla bağlı iddiaları rədd edib. O hər hansı ciddi pozuntu haqda məlumatsız olduğunu deyib.

Onun sözlərinə görə, sadəcə, hakim partiya seçkidə daha yaxşı nəticə göstərərək rəqiblərini qabaqlaya bilib.

Prezident Putin isə bildirib ki, seçkinin nəticələri “seçicilərin indiki hakimiyyəti dəstəkləmək və Rusiya dövlətçiliyini inkişaf etdirmək niyyətindən xəbər verir”.
XS
SM
MD
LG