Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:58

Bakiyevin Londonda saxlanan oğlu girov müqabilində azad edilib


Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin keçən həftənin cümə günü Londonda saxlanmış 35 yaşlı oğlu Maksim Bakiyev girov müqabilində azadlığa buraxılıb. Bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyindən AzadlıqRadiosuna bildiriblər.

Maksim Bakiyev onun haqqında ABŞ-da açılmış maliyyə cinayətləri ittihamı ilə saxlanıb. Onu Qırğızıstan hökuməti də dövlət büdcəsini talamaqda ittiham edir. Maksim 2010-cu ildə hakimiyyətdən devrilən atası Kurmanbek Bakiyevlə birlikdə ölkəni tərk edib.

London məhkəməsi dekabrın 7-də onun ABŞ-a təhvil verilib-verilməməsi barədə qərar çıxaracaq.

Qırğızıstan da İnterpola müraciət edərək onun Bişkekə verilməsini istəyib, amma Britaniya ilə bu ölkə arasında məhbusların ekstradisiyası haqqında qanun yoxdur.
Keçmiş prezident Kurmanbek Bakiyev isə hazırda Belorusdan sığınacaq alıb orada yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG