Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:26

“Xəmsə” ilk dəfə olaraq nəsrlə çap edilir


-

Hədəf Nəşrləri ilk dəfə olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sini nəsrlə çap edir.

Nizaminin 870 illiyinə həsr edilən bu layihənin müəllifi Şəmil Sadiq, layihə rəhbəri isə yazıçı Müşfiq XAN-dır.

“Xəmsə” Hədəf Nəşrlərinin “İNCİ” uşaq ədəbiyyatı silsilə kitablarına aid olub məktəbli kitabxanasının tərkib hissəsinə çevriləcək.

5 poema əsasında hazırlanmış bu kitabı oktyabr ayının sonundan etibarən şəhərin bütün kitab mağazalarından əldə etmək olar.

“Xəmsə” bu kitabları əhatə edir:

• Sirlər xəzinəsi
• Xosrov və Şirin
• Leyli və Məcnun
• Yeddi gözəl
• İsgəndərnamə

www.dgtyb.org

Günün bütün mövzuları

XS
SM
MD
LG