Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:12

İran telekanallarının Avropa peyklərində yayımı kəsildi


Avropanın Eutelsat peyk xidməti və Arqiva media şirkəti İranın 19 televiziya və radiosunun verilişlərini yaymaqda imtina edib. Oktyabrın 15-dən həmin telekanallar və radioların Eutelsat-la yayımları kəsilib. Həmin şirkətlər bu qərarlarını Avropa Birliyinin İranda insan haqları pozuntularına görə tətbiq etdiyi qərarların icrası ilə izah edib.

İranın daxilində özlkənin öz yayım vasitələri ilə həmin 19 telekanal və radionun verilişlərinin yayımı davam edir, amma bugündən onları Avropa və İrandan kənarda başqa yerlərdə izləmək mümkün olmur.

Yayımı dayandırılan telekanallar arasında İranın ingilis dilli Press TV telekanalı, xaricdəki iranlılar üçün nəzərdə tutulan farsdilli televiziyası və ərəb dilində yayılan kanalları, o cümlədən də Al-Alam adlı xəbər televiziyası var.
XS
SM
MD
LG