Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:50

«Manchester United»in keçmiş qapıçısı Bakıda


«Manchester United»in keçmiş qapıçısı Bakıda
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

«Manchester United»in keçmiş qapıçısı Bakıda

««Neftçi»nin Avropa Liqasındakı uğuru Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir və Azərbaycan futbolunu irəli aparır »

Bunu İngiltərənin «Manchester United» futbol klubunun sabiq qapıçısı, Danimarka millisinin heyətində 1992-ci ildə Avropa çempionu olmuş Peter Schmeichel (Peter Şmeyxel) keçirdiyi mətbuat konfransında deyib.

Bakcellin təşkilatçılığıyla Bakıya gələn futbolçu Azərbaycan yığması haqda da danışıb:

«Azərbaycan yığması DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində çıxış etdiyi F qrupunda artıq bir xal toplamağı bacarıb. Əgər Azərbaycan Rusiya ilə görüşdə qalib olsa, bu, çox maraqlı nəticə olar və seçmə qrupda olan mübarizəni daha da gərginləşdirə bilər».

Azərbaycanda uşaq futbol məktəbinin açılması ilə bağlı sualı cavablandıran Peter Schmeichel bildirib ki, bu gələcəyin işidir:

«Hazırda belə bir plan yoxdur. Amma bu məsələlər müzakirə olunur. «Manchester United»in müxtəlif ölkələrdə futbol proqramları mövcuddur. O cümlədən futbol məktəblərinin yaradılması. Futbol məktəbi yaradılsa bizim hazırladığımız məşqçilər proqramlara uyğun olaraq hazırlıq həyata keçirirlər. Azərbaycanda da ola bilsin ki, gələcəkdə belə bir məktəb yaradıldı».

Mətbuat konfransında iştirak edən «Manchester United»in əlaqələr üzrə direktoru Nick Hamfreys gələcəkdə klubun digər oyunçularının da Bakıya gələ biləcəyini bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG