Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:08

Avropa Birliyi Suriya rejiminə qarşı yeni sanksiyalar tətbiq edir


Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri oktyabrın 15-də Suriya rejiminə qarşı yeni sanksiyaları təsdiq edib. Yeni qərara görə rejim nümayəndələrindən daha 28 nəfərinin Birlik ölkələrinə səfərlərinə qadağalar qoyulur və onların bank hesabları dondurulur. Qadağa həmçinin 2 Suriya şirkətinə aid edilib.

Bununla da Avropa Birliyinin Suriyada qadağalar tətbiq etdiyi rəsmilərin sayı 181 nəfərə, şirkətlərin sayı isə 54-ə çatır. Qərarda qeyd edilir ki, adı çəkilən qara siyahıdakı adamlar və şirkətlər Suriyada dinc etiraz aksiyalarına zorakı müdaxilələrdə və repressiyalarda iştirak edirlər.

Avropa Birliyi nazirlərinin bu gün həmçinin İran və Belorus rejimlərinin təmsilçilərinə qarşı da yeni qərar layihələrini müzakirə etməlidirlər. Avropa rəsmiləri Tehranı özünün nüvə proqramını dayandırmamaqda, Minski isə sentyabrın 2-də keçirilmiş parlament seçkilərini saxtalaşdırmaqda ittiham edirlər.
XS
SM
MD
LG