Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:24
Dramaturq Əli Əmirlinin «Köhnə ev» dramatik komediyası Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.

Xəbəri AzadlıqRadiosuna dramaturq Əli Əmirli verib.

90-cı illərin bazar iqtisadiyyatının yetişdirdiyi yeni insan münasibətlərindən bəhs edən əsərə səhnə quruluşunu teatrın rejissoru, əməkdar artist Namiq Şirməmmədov verib.

Baş rollarda əməkdar artist Növrəstə Həşimova, Xatirə Süleymanova, Mövsüm Hüseynov, Mətləb Kəsərli və başqaları çıxış edib.

Bu tamaşa 1996-cı ildə Akademik Milli Dram Teatrında, sonralar ölkənin bir çox teatrlarında, habelə Gürcüstanın paytaxtı Tbilisi şəhərində də oynanılıb.

Bundan öncə teatr dramaturqun bu ilin sentyabr ayında Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən «Tuqanlıq» teatr festivalında «Varlı qadın» komediyası və «İyirmi ildən sonra» melodramı tamaşaçılara təqdim edilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG