Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:50

AB 3 ölkəyə qarşı ölçü götürməyə hazırlaşır


Brüsseldə AB-nin bayrağı

Brüsseldə AB-nin bayrağı

Oktyabrın 15-i Avropa Birliyinin xarici işlər nazirlərinin Lüksemburqda İran, Suriya və Belarus rejimlərinə qarşı yeni sanksiya qoyacaqları gözlənir.

İranla bağlı gözlənilir ki, sanksiya bu ölkənin bank sektoru və ticarət əlaqələri ilə bağlı ola bilər.

Avropa Birliyi İranın nüvə silahı hazırlayacağından ehtiyat edir, İran isə bunu təkzib edir.

Suriyaya qarşı gözlənən ölçülər isə hakim rejimin üsyançılara qarşı döyüşləri dayandırması üçün təzyiq vasitəsi hesab edilir.

Qərbin sentyabrın 23-də Belarusda keçirilən parlament seçkisini ədalətli və azad saymaması Avropa Birliyini bu ölkəyə qarşı cəza ölçülərini uzatmağa vadar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG