Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:10

Avstriyalı Felix Baumgartner stratosferdən rekord hündürlükdən tullanıb (VİDEO)


İnsan səs sürətini aşır
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

İnsan səs sürətini aşır

Oktyabrın 14-də avstriyalı pilot Felix Baumgartner 39 kilometrlik yüksəklikdən yerə hoppanaraq dünya rekordu vurub. O, sərbəst enmədə səs sürətini örtərək, saatda 1342,8 km-lə yerə doğru uçub.

Beynəlxalq Aeronavtika Federasiyası 43 yaşlı idmançının ABŞ-da Nyu-Mexikoda tullandığını və maksimum sürət əldə etdiyini təsdiqləyib. Felix Baumgartner tarixdə səs sürətini ötən ilk adamdır.

Heliumla dolu balonun stratosferə çıxardığı Red Bull Stratos kapsulu 36 578 metrlik yüksəkliyə çatanda xüsusi skafandr geyinmiş Felix Baumgartner kapsuldan yerə doğru hoppanıb.

5 dəqiqə ərzində Yerə doğru sərbəst uçan pilot fantastik sürət götürərək səs sürəti həddini aşıb və yalnız bundan sonra paraşütünü açıb.

Artıq 35-ci saniyədən sonra Baumgartner saatda 1100 km-ə yaxın sürət alıb. İnsan orqanizminin belə ağır təsirlərə necə tab gətirəcəyi tam olaraq aydın olmadığından Baumgartner-in cəhdini çox riskli addım sayırdılar. Odur ki, onun sağ-salamat yerə enməsi ümumi sevinc və şadyanalıqla qarşılanıb.

O, jurnalistlərə deyib ki, tullanarkən və eniş zamanı hər hansı rekord barədə düşünməyib:

«Mən yalnız yerə sağ-salamat enməyi, ailəmi, valideynlərimi, babamı yenidən görməyi fikirləşirdim. Bəzən insana belə bir yüksəkliyə qalxmaq lazımdır ki, o, nə qədər kiçik olduğunu başa düşsün».

Buna qədər mövcud olan rekord 31 333 metr idi, 1960-cı ildə amerikalı Joe Kittinger belə ağlagəlməz məsafədən yerə sağ-salamat enməyə nail olmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG