Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:36

Obama üçün nitq mətnləri yazan gənc 15 min dollar maaş alır


ABŞ prezidenti Barak Obama köməkçiləri ilə birlikdə növbəti nitqinə hazırlaşır, sağda Jon Favreau, iyun, 2010
ABŞ prezidenti Barak Obama köməkçiləri ilə birlikdə növbəti nitqinə hazırlaşır, sağda Jon Favreau, iyun, 2010
-

Onlar nə roman yazırlar, nə hekayə, nə də şeir. Amma bu yazarların maaşı ayda 15 min dollara çata bilər.

Bu peşənin sahibi speechwriter adlanır, yəni nitq mətni hazırlayanlar, nitq yazarları.

Müasir dünyada siyasi liderlər, böyük şirkət rəhbərləri onlarsız keçinə bilmirlər.

Nitq yazarları bu peşənin əsas özəlliyi ilə barışmalıdırlar: Adı da özgənin. dadı da.

Nitq yazarının işi bir neçə mərhələdən ibarətdir

O, hər bir nitq mətninin yazılması ərəfəsində öz bossu ilə şəxsən görüşür, təlimat alandan sonra nitqin mövzusu ilə bağlı məlumat toplayır və hazırladığı nitq layihəsi ilə yenidən bossunun yanına gəlir, onun irad və təkliflərini nitqin son variantına əlavə edir.

Nitq yazarı bossunun dünyagörüşünə, siyasi mövqeyinə, xasiyyətinə, üslubuna dərindən bələd olmalıdır.

Nitq yazarları həm də tənqidi qəbul etməyi bacarmalı, nəinki liderin iradlarını nəzərə almalı, bəzən hətta nitqi yenidən işləmək zərurəti ilə barışmalıdırlar.

Amma reallıqda nitqi yenidən işləmək tez-tez rast gəlinən hal deyil.

Çünki yaxşı nitq yazarı öz bossunun "oxşar"ına çevrilir və konkret situasiyada onun nə demək istəyəcəyini hiss etməyi bacarır.

ABŞ prezidenti Barak Obama öz nitq yazarı Jon Favreau haqda danışanda "fikir oxuyan" ifadəsi işlədib.

Əslində isə boslar öz nitq yazarları haqda çox danışmırlar

Axı bu nitqlər onların olmasa da... onlarındır. Hər halda seçicilər, yaxud konfrans, qurultay iştirakçıları bu məruzələrə, nitqlərə qulaq asanda onlarda məhz belə təsəvvür yaranmalıdır.

Nitq yazarları eyni zamanda bir neçə nitq üzərində işləməyi, vaxtlarını düzgün bölməyi və deadline-lara əməl etməyi, yəni nitqin yazılması üçün ayrılmış vaxta "yerləşməyi" bacarmalıdırlar.

Professional nitq yazarı Lawrence Bernstein yazır:

Jon Favreau
Jon Favreau
"Bəzi müştərilər nitqi altı ay öncədən sifariş edirlər, bəziləri çıxışa 4 saat qalmış. Bəziləri əvvəlcə nitq yazarı ilə görüşmək istəyirlər, bəziləri isə bunu nitqin yazılmasından sonraya saxlayırlar, bir qism isə işi e-mail-lə tutmağa üstünlük verirlər və biz bir-birimizin üzünü də görmürük".

Nitq yazarlarının yaxşı mənada "hərşeyşünas" da adlandırmaq olar

Məsələn, əgər nitq yazarı qubernator üçün səhiyyə sistemində islahatlar mövzusunda nitq hazırlayırsa, bu sahədə "Phd"sinin olması vacib deyil.

Adətən, bu peşənin sahibləri siyasət, iqtisadiyyat, hüquq, fəlsəfə və s. sahələrdə ümumi biliklərə sahib olur və ən müxtəlif mövzularda bossunun çatdırmaq istədiyi mesajı sadə, çatımlı dillə ifadə edirlər.

Amerikada hətta Nitq Yazarları Gildiyası da var.

90 yaşlı peşə...

1921-ci ildə prezident Warren G. Harding üçün nitq mətnləri hazırlamış Judson T. Welliver - ABŞ-da ilk rəsmi prezident nitqləri yazarı sayılır.

Amma qeyri-rəsmi olaraq Alexander Hamilton-un ilk ABŞ prezidenti George Washington.üçün nitq mətnləri yazdığı deyilir.

Nitq yazarları pis qazanmırlar. Məsələn, Obamanın nitq yazarı Jon Favreau ildə 172 min dollar maaş alır.

Onun 31 yaşı var və Ağ evin tarixində 2-ci ən gənc nitq yazarıdır.

O, Holy Cross Kollecini bitirib. 2004-cü ildə prezidentliyə namizəd Con Kerrinin seçki kampaniyasında iştirak edib. Nitq yazarının müavini vəzifəsinəcən yüksəlib. Obama ilə tanışlığı da o vaxtdan başlayıb.

2005-ci ildən Obamanın nitq yazarı olub. Prezident seçkilərində Obamanın qələbə qazanmasında onun yazdığı nitq mətnlərinin də rolu olub desək yanılmarıq. 2009-cu ildə - Obama prezident seçiləndən sonra isə Jon Favreau onun köməkçisi və prezident administrasiyasında nitq hazırlayan bölmənin direktoru təyin edilib.

2009-cu ildə Favreau "Time" jurnalının hazırladığı "Dünyanın ən nüfuzlu 100 adamı" siyahısına salınıb...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG