Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:45

Naxçıvanın hər sahədəki yüksəlişi


-


Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

16 avqust 2012. Sayı: 154(20.559)


HƏR SAHƏDƏ YÜKSƏLİŞ
Son illər muxtar respublikamız iqtisadi sahədə inkişafın keyfiyyətcə eyni mərhələsinə qədəm qoyub. Uğurla həyata keçirilən iqtisadi islahatlar əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına şərait yaradır. Naxçıvanın iqtisadiyyatındakı dinamik inkişaf meylləri, burada yeni emal və istehsal sahələrinin yaradılması, sosial infrastrukturun yeniləşdirilməsi cari ilin ilk 6 ayında da uğurla davam etdirilmişdir. Muxtar respublikamızın sürətli inkişaf və tərəqqi yolunda inamla irəliləməsi, makroiqtisadi uğurlara imza atması, ilk növbədə, əhalinin sosial rifahının yüksəlməsi ilə müşayiət olunur.
Davamlı olaraq yaxşılaşan əhali rifahı demoqrafik vəziyyət də öz müsbət təsirini göstərmiş, 1 iyul 2012-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 8576 nəfər və ya 2,1 faiz artaraq 422 min 854 nəfər və ya təşkil etmişdir. 2012-ci ilin yanvar – iyun aylarında 5218 körpə doğulmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövründəkindən 24 nəfər çoxdur.
Bu gün muxtar respublikada uğurla davam etdirilən sosial – iqtisadi inkişaf strategiyası Naxçıvanı bütün sahələrdə sürətli inkişaf strategiyası Naxçıvanı bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır.
10 NÖMRƏLİ TAM ORTA MƏKTƏBİN BİNASI YENİDƏN QURULUR
Naxçıvan şəhərindəki Əli Sultanlı adına 10 nömrəli tam orta məktəbin binasında yenidənqurma işlərinə bu ilin mart ayından başlanılıb. Əvvəllər 3 korpusdan ibarət olan məktəbin bir korpusu saxlanılıb, qalan iki korpus sökülüb. Layihəyə əsasən, iki yerli korpusun inşası aparılır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binanın ətrafında rütubətə qarşı izolyasiya işləri başa çatıb, yeni korpuslarda hazırda qəlib – beton işləri görülür.
Obyektin iş icraçısı Rasim Həsənovun bildirdiyinə görə, 990 şagird yerlik nəzərdə tutulmuş məktəb binasının zirzəmisində hərbi kabinə, idman zalı, iki laboratoriya, kompyuter sinifi, təsərrüfat otaqları, qazanxana, elektrik otağı, anbar, qarderob və bufet yerləşəcək...
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Zəlzələdən kimlər az zərər çəkir?
- Babək rayonunda rabitə xidmətinin keyfiyyəti yüksəldilir
- Xüsusi qayğıya ehtiyacı olan uşaqlar diqqət mərkəzindədir.

Şərhləri göstər

XS
SM
MD
LG