Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:42

Mavritaniya prezidenti əməliyyat olunub


-

Oktyabrın 14-də əlindən güllə yarası alan Mavritaniya prezidenti Muhammed Uld Abdel Aziz güllənin çıxarılması üçün əməliyyat olunub. Bu barədə hökumət mənbələrinə istinad edən France Press məlumat yayıb.

Müalicəsinin davam etdirilməsi üçün oktyabrın 14-də onun Fransaya aparılacağı gözlənilir.

Prezidentə sui-qəsd cəhdləri hələ də araşdırılır.

Hökumət bəyan edir ki, prezidenti müşayət edən avtomobil karvanına səhvən hərbi patrul atəş açıb. Amma atəşin naməlum motosikletçilər tərəfindən atıldığı barədə məlumatlar da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG