Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

Bütün dövrlərin ən yaxşı gitaraçısı seçildi (Bu da ifası - Video)


Eddie Van Halen

Eddie Van Halen

-

Eddie Van Halen - bütün dövrlərin ən yaxşı gitaraçısı seçildi.

Amerikada nəşr edilən "Guitar world" (Gitara dünyası) jurnalının keçirdiyi on-line səsvermədə təxminən yarım milyon oxucu iştirak edib.

57 yaşlı virtuoz ifaçı 1972-ci ildə Amerikada "Van Halen" hard-rok qrupunu yaradanlardan biri olub.

Qrupun dünyada milyonlarla nüsxə albomu satılıb.

Jurnal məşhur gitaraçıların adlarını cüt-cüt səsverməyə çıxarır və cütlüyün qalibi növbəti raunda çıxırdı.

Van Halen "Queen" qrupunun gitaraçısı Brian May və "Rush" qrupundan Alex Lifeson-u geridə qoya bilib.

"Bütün dövrlərin ən yaxşı gitaraçısı" onluğu belədir:

1. Eddie Van Halen
2. Brian May
3. Alex Lifeson
4. Jimi Hendrix
5. Joe Satriani
6. Jimmy Page
7. Tony Iommi
8. Steve Ray Vaughan
9. Dimebag Darrell Abbott
10. Steve Vai

Van Halenin ifası

Günün bütün mövzuları

XS
SM
MD
LG