Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:28
-
«Müsavat üzvü Nigar Yaqublunun istintaq işi başa çatıb və iş məhkəməyə göndərilib». Bunu AzadlıqRadiosuna Nigar Yaqublunun atası, Müsavat başqanının müavini Tofiq Yaqublu deyib.

Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu sentyabrın 11-də tutulub.

Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.

Nigar Yaqublu Bakı İstintaq Təcridxanasında saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG