Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:23

Əfqanıstanda 6 nəfər ölüb


Əfqanıstanın Qəndəhar vilayətində terror aktı nəticəsində 6 nəfər ölüb.

Terrorçu yerli kəşfiyyat bölməsinin binasına hücum edib.

Əfqanıstanda təhlükəsizlik üzrə beynəlxalq qüvvələrin rəhbərliyindən verilən məlumata görə, ölənlərdən ən azı biri koalisiyanın hərbi xidmətçisidir, biri əcnəbi mütəxəssisdir, dördü isə əfqan xəfiyyələridir.

Baş verənlərə görə, məsuliyyəti Taliban üzərinə götürüb.
XS
SM
MD
LG