Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:29

Pakistanda ölənlərin sayı 16-ya çatıb



Pakistanın şimal qərbində terror aktı nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Yaralıların sayı isə 30-dan az deyil. Terror aktı Darra Adam Khel şəhərində bazar yaxınlığında olub.

Şəhər rəsmilərinin məlumatına görə, qumbara hökumətyönlü təşkilatın yaxınlığında saxlanılmış avtomobilə qoyulub.

Ölənlərin çoxu bazarda işləyənlər və ora gələnlər olub.

Məmur və yaraqlıların ölümü haqda məlumat verilmir.

Baş verənlərə görə, hələlik məsuliyyəti üzərinə götürən yoxdur.
XS
SM
MD
LG