Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42
Birləşmiş Ştatlar əmindir ki, bu həftə Moskva-Dəməşq reysi ilə uçan və Türkiyə qırıcıları tərəfindən məcburən endirilən təyyarədə «ciddi hərbi texnika» olub.

Bu haqda ABŞ Dövlət Departamentinin nümayəndəsi Victoria Nuland deyib.

O, Rusiyanın Suriya prezidenti Bashar Assad rejimini dəstəkləmək üçün silah-sursat verməyə davam etməsindən dərin narahatlığını bildirib.

Nuland Moskvanın Suriya münaqişəsi ilə bağlı siyasətini «mənəvi iflas» adlandırıb.

Türkiyə baş naziri Rəcəb Tayyip Erdoğan da Suriyada baş verənləri «humanitar faciə» adlandırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG