Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:44

Azərbaycan Litvaya nota verib


Azərbaycan Xarici İşlər Nazirliyi erməni separatçıları tərəfindən işğal olunmuş Dağlıq Qarabağda keçirilən festivalda Litva musiqi qrupunun iştirakı ilə əlaqədar Litvaya nota verib.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın Litvadakı səfirliyi bu informasiyanı araşdıraraq bu ölkənin mədəniyyət nazirinin müavini ilə görüş keçirib və XİN-ə nota təqdim edib. Məsələ Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə xarici işlər naziri Elmar Məmmədyarovun görüşündə də müzakirə olunub.

E.Abdullayev qeyd edib ki, Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən olan musiqiçilərin də sözügedən festivalda iştirakına dair informasiyanı araşdırır.
XS
SM
MD
LG