Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:37

Suriya üzrə BMT nümayəndəsi Türkiyəyə gəlib


Suriya üzrə BMT nümayəndəsi Lahdar Brahimi oktyabrın 13-də Türkiyəyə gəlib. O, Türkiyə xarici işlər naziri Ahmet Davudoğlu ilə danışıqlar aparacaq.

Brahimi Suriyadakı münaqişənin həlli yönündə bu ölkənin qonşuları ilə danışıqları davam etdirir. Bir neçə gün öncə o, indiki Suriya hakimiyyətini açıq şəkildə dəstəkləyən Səudiyyə Ərəbistanında olub.

Moskva-Dəməşq reysi ilə uçan təyyarənin saxlanmasından və Ankaranın dediyinə görə göyərtədən hərbi yönümlü texnika tapılmasında sonra Suriya ilə Türkiyənin münasibətləri gərgin olaraq qalır.

Suriya Ankaranı düşmənçilikdə ittiham edib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, təyyarədə radar qurğuları üçün avadanlıq olub, onun mülki təyyarədə daşınması isə beynəlxalq razılaşmalara görə tam mümkündür.

Suriyada müharibə davam edir. BBC deyir ki, hökumət qüvvələri qiyamçıların tutduğu bölgələri bombalayırlar.
XS
SM
MD
LG