Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:12
GƏRGİN FİNAL

Bakıda 17 yaşlı qızlar arasında futbol üzrə Dünya Çempionatı başa çatdı. Gərgin keçən final oyununda Fransa və Koreya Xalq Demokratik Respublikasının yığmaları görüşürdülər. Oyunun əsas vaxtı 1-1 hesabı ilə başa catdığından, tərəflər qalibi müəyyənləşdirmək üçün 11 metrlik zərbələrdə güclərini sınadılar. Penaltiləri daha dəqiq vuran fransalı qızlar dünya çempionu oldular.

Final oyunundan əvvəl isə çempionatın 3-cü yeri uğrunda Qana ilə Almaniya yarışırdı. Qanalılar Almaniya yığmasını 1-0 məğlub edərək, çempionatın bürünc medallarını qandılar.

VƏ TƏNƏTƏNƏLİ FİNALSONRASI

Final görüşündən sonra qalib komandaların təltif mərasimi keçirilidi. Komandalarla yanaşıı, çempionatın ən yaxşı oyunçuları da mükafatlandırıldl. Çempionatın ən məhsuldar oyunçusu (8 qol) Şimali Koreyadan Rİ Un Sim “Qızıl butsi”mükafatını aldı. Ən etibarlı qapıçı kimi isə Fransa yığmasının kiperi Romane Bruneau özü ilə Azərbaycandan “Qızıl əlcək” mükafatları aparır.

Qaliblərin mükafatlandırılması mərhələsi təntənəli şəkildə keçdi. Mərasimdə FİFA rəsmiləri ilə yanaşı Azərbaycan prezidenti İlham Əliyev və UEFA Prezidenti Michel Platini də iştirak edirdilər.

FİFA U-17 Qadınlar arasında Dünya çempionatı 2008-ci ildən keçirilir. Hər iki ildən bir baş tutan bu çempionata ilk ev sahibliyini Yeni Zellandiya edib. 2010-cu ildə Dünya Çempionatı Trinidad və Tobaqo-da keçirilib. Çempionatın ilk qalibi builki gümüş medal sahibləri Koreya XDR, 2010-cu ildəki qalibi isə Cənubi Koreya olub.


Yarışın final mərhələsi və təntənəli bağlanış mərasimi haqda ətraflı foto və videoreportajlar tezliklə saytımızda yerləşdiriləcək. Saytımızı izlə.


DÜNYA ÇEMPİONATINDA SON GÜN

Oktyabrın 13-ü axşam saatlarında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012 başa çatır. Bu gün son oyunlar keçiriləcək. Saat 17.00-da Almaniya ilə Qana millilərinin oyununun yekununda çempionatın bürünc mükafatçısı müəyyənləşəcək.

Daha sonra isə KXDR ilə Fransa yığmaları qarşılaşacaq. Həlledici görüşdə yeni dünya çempionunun adı müəyyənləşəcək. Qarşılaşma saat 20-də başlayacaq.

Bu arada UEFA-nın prezidenti Michel Platini Azərbaycanda keçirilən dünya çempionatının final oyununu izləmək üçün Bakıya gəlib.

Dünya çempionatının rəsmi bağlanışında isə pop ulduz Shakira oxuyacaq, bir gün sonra isə «Baku Crystal Hall»da solo konsert verəcək.

Shakira-dan əvvəl RihannaJenifer Lopez Bakıda oxuyub. «Amnesty International» insan haqları müdafiə təşkilatı Rihanna və Shakira’nı Azərbaycanda oxumamağa çağırıb və «burada Azərbaycan xalqının insan haqlarının kobud şəkildə pozulduğunu» bildirib. Ancaq bu çağırışa baxmayaraq Rihanna-nın konserti baş tutub.

Adı çəkilən müğənnilər 17 yaşadək futbolçu qızlar arasında Bakıda keçirilən dünya çempionatına həsr olunmuş tədbirlərdə oxumağa dəvət alıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG