Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:55

Əfqanıstan prezidenti Azərbaycana gəlir


Əfqanıstan prezidenti Hamid Karzai-nin gələn həftə Azərbaycana səfəri planlaşdırılır.

APA-nın məlumatına görə, səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) oktyabrın 16-da Bakıda keçiriləcək XII sammitində iştirak etməkdir.

Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul da Azərbaycana gələcək. O, İƏT Nazirlər Şurasının oktyabrın 15-də keçiriləcək 20-ci iclasına qatılacaq.

Sammitin yekunlarına dair qəbul olunacaq Bakı Bəyannaməsində təşkilatın gələcək fəaliyyət istiqamətləri əksini tapacaq.

İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura ən azı ildə bir dəfə yığıncaq keçirir. İƏT 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında bu qurumda , 1994-cü ildə isə İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alıb.

Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG