Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:52

R. Quliyev: «1995-ci ildə 125 deputatın maksimum 10 nəfərindən rüşvət alınmışdı»


Mətbuat icmalı
Mətbuat icmalı
-

«1995-Cİ İLDƏ MAKSİMUM 10 NƏFƏRDƏN RÜŞVƏT ALINMIŞDI»

«1995-ci ildə 125 deputatın maksimum 10 nəfərindən rüşvət alınmışdı, axı həmin illərdə pul indiki kimi yox idi». Parlamentin sabiq spikeri Rəsul Quliyev «Bizim yol»a belə deyib. O, Gülər Əhmədovanı mexanizmin «vinti» adlandırıb və hesab edir ki, onun yox, sistemin üstünə düşmək lazımdır.

Rəsul Quliyev növbəti prezident seçkilərindən danışarkən deyib ki, gələn il Qərbin Azərbaycana təzyiqləri 10 dəfə artacaq, 2013-cü il fərqli bir il olacaq.

ƏKRƏM ƏYLİSLİ GÜLƏR ƏHMƏDOVA HAQDA

Sabiq deputat, xalq yazıçısı Əkrəm Əylisli «Yeni Müsavat»a sabiq deputat Gülər Əhmədova ilə bağlı danışıb: «Yəni bu dərəcədə mandat alış-verişi olubsa, ondan diqqəti yayındırmaq olmaz. Bu məsələ parlamenti də hörmətdən salır. Camaatda parlamentə azca ümid vardısa o da öldürülür. Ona görə də istərdim ki, hakimiyyət bu məsələyə ciddi reaksiya versin». Yazıçı hesab edir ki, müxalifət də «bu rüsvayçı video» hadisəsindən istifadə etməyi bacarmalıdır. «Amma haray-həşirlə yox».

İCAZƏSİZ AKSİYA ŞOULARI...

«Yeni Azərbaycan» qəzeti yazır: «Radikal müxalifət gücsüzlüyünü icazəsiz aksiya şouları ilə kompensasiya etmək istəyir». Qəzet daha sonra yazır ki, radikal müxalifətin yalnız özünün istədiyi yerdə aksiya keçirmək istəyinin səbəbi bəllidir. «Sosial dayağı olmayan düşərgə parklarda istirahət edən insanları «aksiya iştirakçısı» adı ilə xarici «pul mənbələri»nə təqdim etmək niyyətindədir».

YAPONİYA ÜÇÜN AZƏRBAYCANIN ROLU

«Azərbaycan» qəzeti isə Yaponiyanın xarici işlər naziri Koichiro Gemba ilə müsahibə dərc edib. Nazir deyib ki, təbii ehtiyatları az olan Yaponiya üçün Azərbaycanla iqtisadi əlaqələr böyük önəm kəsb edir. O, həmçinin bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən il 86 milyon təşkil edib ki, bu da olduqca azdır. «Yapon şirkətləri Azərbaycanda xüsusən neft-kimya sənayesi və infrastruktur layihələrinə maraq göstərirlər. Əməkdaşlığımızı ən yeni yapon texnologiyalarından istifadə etməklə gerçəkləşdirsək, iki ölkə arasında ticarət dövriyyəsini və investisiyaları artırmaqla iqtisadi əlaqələri möhkəmləndirə bilərik».

ƏKİNƏ YARARLI TORPAQLARIN YARISI ŞORANLAŞIB

«Azadlıq» qəzeti yazır ki, ermənilərin aldığı torpaqların dərdini çəkdiyimiz vaxtda əlimizdə olanları da itirmişik, xəbərimiz yox. «İqtisadçı Rövşən Ağayev deyir ki, rəsmi sənədlərdə əkinə yararlı torpaqların 50 faizi şoranlaşıb. Şoran torpağın olmasıyla-olmaması arasında çox az fərq var. Təkcə onu yazım ki, şoran torpaqda qoyun da otarmaq olmur. Torpağı ermənilərdən almaq şorandan təmizləməkdən xeyli asandır. Bu torpaqlar hökumətin aqrar siyasətinin yaramazlığı ucbatından əldən getdi».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG