Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:23

Naxçıvanda 2004 nəfər işsiz qeydiyyata alınıb


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

16 avqust 2012. Sayı: 154(20.559)


ƏHALİNİN MƏŞĞULLUĞU DİQQƏT MƏRKƏZİNDƏDİR

Naxçıvan Muxtar Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyevdən aldığımız məlumata görə, rayon(şəhər) məşğulluq mərkəzləri tərəfindən 2004 işaxtaran vətəndaş qeydiyyata alınmış, onlardan 1553 nəfəri özəl və dövlət strukturlarında daimi işə təmin olunmuşdur. Onu da qeyd edək ki, son illər yeni bina ilə təmin edilmiş Naxçıvan Regional Peşə Tədris Mərkəzində gənclərin müxtəlif peşələrə yiyələnməsinə əlverişli şərait yaradılmış, cari ilin ilk 7 ayında 143 nəfər müxtəlif ixtisaslar üzrə peşə hazırlığı kurslarına cəlb olunmuşdur. İşsiz vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə «Əmək birjasının» xidmətindən də səmərəli istifadə olunmuş, birjaya müraciət edən 238 nəfər vətəndaş müvəqqəti işlə təmin olunmuşdur.

...Ayrı – ayrı şəhər və rayon mərkəzlərində təşkil olunan əmək yarmarkalarında ümumilikdə 612 nəfər daimi işlə təmin olunmuşdur. Həmçinin səhiyyə işçilərinin əmək yarmarkasında 26 nəfər ixtisaslı mütəxəssisə göndəriş verilmişdir.

TORPAQ MÜLKİYYƏTÇİLƏRİNƏ KREDİT VERİLMƏSİ DAVAM ETDİRİLİR

«Naxçıvan Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC-nin idarə heyətinin sədri Xəlil Əliyevin verdiyi məlumata görə, cari ilin birinci yarısında da torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi diqqət mərkəzində saxlanılmışdır.

Əvvəlki illərdə olduğu kimi, bu il də həmin vəsaitlər müxtəlif sahələrə istiqamətləndirilmişdir. Belə ki, mal – qaranın alınması və saxlanılması üçün 448 nəfərə 665 min 700 manat, kartof əkini məqsədilə 2326 nəfərə 2 milyon 237 min manat, kiçik biznes üçün 20 nəfərə 100 min manat, yazlıq əkin üçün 2711 nəfərə 2 milyon 642 min 500 manat, ümumilikdə muxtar respublika üzrə 5575 nəfərə 5 milyon 852 min 200 manat kredit verilmişdir.

...Kənd təsərrüfatının inkişafına təminat verən əlverişli iqlim şəraiti olan muxtar respublikamızın bərəkətli, münbit torpaqlarından səmərəli istifadə edilir, əkin dövriyyəsinin genişləndirilməsi üçün torpaq mülkiyyətçilərinə dövlət qayğısı göstərilir, onlara kreditlər verilir. Hər il yüzlərlə torpaq mülkiyyətçisi muxtar respublikanın bank və bank olmayan təşkilatlarının dəstəyindən istifadə etməklə daxili bazara töhfəsini verir, bununla da öz gün – güzəranlarını yaxşılaşdırır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Peşəsinin vurğunu
- Nehrəm qarpızının şöhrəti
- Taekvando üzrə şəhər birinciliyi
XS
SM
MD
LG