Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:32

Gənc aşıqların VI ümumrespublika müsabiqəsi keçirilib


Ağstafada təşkil olunmuş müsabiqəyə 20 rayonun gənc aşıqları qatılıb.

Ağstafa rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, müsabiqənin məqsədi milli-mədəni dəyərlərimizin qorunub saxlanılması və gənc istedadların üzə çıxarılmasıdır.

Müsabiqədə ilk yeri Goranboy rayonundan olan gənc aşıq Yolçu Salmanlı qazanıb. Kəlbəcərli gənc aşıq Şamo Abdullayev ikinci, Qazax rayonunu təmsil edən Elmar Rəhimov isə üçüncü yerləri tutublar.

Ağstafadan olan Elçin Rəhimli və Şuşalı Sahib Qurbanov müsabiqənin laureatları adına layiq görülüb.

Müsabiqənin qalibinə Mədəniyyət və Turizm Nazirliyinin diplomu və 500 manat pul mükafatı təqdim edilib. İkinci və üçüncü yerləri tutan gənc aşıqlar müvafiq olaraq nazirliyin diplomuna, 350 və 250 manat pul mükafatına layiq görülüb. Həvəsləndirici yerləri tutan iştirakçılar isə müxtəlif hədiyələrlə mükafatlandırılıblar

Günün bütün mövzuları

XS
SM
MD
LG