Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:26

ABŞ Yəhudi Komitəsi Azərbaycanı alqışlayır


Amerikanın Yəhudi Komitəsi İranın Bakıdakı ABŞ və İsrail səfirliklərinə hücum planı ilə bağlı Azərbaycanın 22 nəfəri mühakimə etməsini alqışlayıb.

“Azərbaycan hökuməti cənub qonşusundan mütəmadi olaraq gələn terror təhdidlərinə qarşısını almaqda böyük cəsarət və qətiyyət göstərir”.

Bunu sonuncu dəfə iyul ayında Bakıya səfər edib prezident İlham Əliyevlə görüşmüş Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Harris deyib.

“Beynəlxalq terrorçuluğa qarşı qəti mövqeyinə və başqalarına yaxşı nümunə göstərməsinə görə Azərbaycanı alqışlayırıq”.

22 Azərbaycan vətəndaşı mart ayında həbs olunmuşdu. Onlar Bakıdakı İsrail və ABŞ səfirliklərinə hücum planı hazırlamaqda, İranın İnqilab Keşikçiləri Ordusuna kömək etməkdə təqsirli biliniblər. Onlar 3 ildən 13 ilə qədər azadlıqdan məhrum ediliblər.

2007-ci ildə də Azərbaycan Bakıdakı bir neçə xarici ölkə səfirliklərinə hücum planı ilə bağlı 15 nəfəri həbs etmişdi. Həmin səfirliklər arasında ABŞ və Britaniya səfirlikləri də vardı. Bundan başqa İran və Hizbullahla bağlı olan, Azərbaycanda xarici vətəndaşlara hücum planı hazırlayan şəxslər fevral ayında həbs olunmuşdular. Bundan bir ay sonra isə Azərbaycan İranın Bakıdakı İsrail səfiri və iki ravvini öldürmək planını puça çıxarmışdı. Bu sonuncu plan Tbilisidəki İsrail səfirini öldürmək planı ilə üst-üstə düşürdü. Elə həmin vaxt New Dehlidə bir İsrail diplomatının maşını partladılmışdı.
XS
SM
MD
LG