Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:54

Dəməşqin mərkəzində partlayış olub



Suriyanın paytaxtı Dəməşqdə - təhlükəsizlik xidməti və hərbi idarənin yerləşdiyi ərazidə güclü partlayış olub.

Suriya dövlət televiziyasının məlumatına görə, terror aktında iki nəfər yaralanıb.

Hüquq müdafiəçilərinin məlumatına görə, dünən Suriyadakı döyüşlərdə azı 155 adam ölüb. Onlardan 62-si hərbçi, 51-i dinc sakin, 42-si üsyançıdır.

Dünən Maaret al-Numan şəhəri ətrafında şiddətli döyüşlər gedib. Üsyançıların məlumatına görə, son üç gün ərzində döyüşlərdə 300-ə yaxın adam ölüb.
XS
SM
MD
LG