Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:25

Qərb bölgəsinə Almaniyadan daha 370 baş cins mal-qara gətirilib


-
Bu barədə «Aqrolizinq» şirkətinin Gəncə regional təchizat bazasından məlumat verilib.

Bildirilib ki, «Holstein-friz» cinsindən olan 370 baş iribuynuzlu heyvan «Aqrolizinq» şirkətinin xətti ilə Azərbaycana gətirilib. Artıq mal qaranın 40-ı şirkətin Gəncədəki regional təchizat bazasına yerləşdirilib.

Yaxın günlərdə gətirilən inəklər laborator analiz ediləcək.

Məlumata görə, inəklər gün ərzində 25-30 litr süd verə bilir.

Almaniyadan gətirilmiş mal qaranın hər birinin qiyməti orta hesabla 3000 manatdır.

Avropa və Avstraliyadan gətirilən damazlıq heyvanlar sahibkarlara lizinq yolu ilə verilir. Heyvanın dəyərinin 50 faizini dövlət ödəyir. Yerdə qalan pulun yarısını isə fermer nağd ödəyir. Qalan vəsait isə 3 il müddətinə lizinq yolu ilə ödənilir .
XS
SM
MD
LG