Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 10:02

Flora Kərimova: «Nə müxalifətə, nə iqtidara alət olmaq istəyirəm»


Flora Kərimova
Flora Kərimova

Tanınmış müğənni Flora Kərimovanı Facebook-a gətirən nə oldu?

Müğənni etiraf edir ki, onun adina olan Facebook səhifəsini prodüsseri islədir.

Lakin biz 1 saatlıq olaraq Facebook "hakimiyyətini" Flora xanımın özünə qaytarırıq. Oktyabrın 12-də saat 14-də Flora Kərimova Azadliq FM-də, Facebook dostlarının suallarına səxsən özü cavab verib.

- Bir neçə dövrə şahidlik etmisiz. Sovet, kecid dövrü, cəbhə hakimiyəti, Heydər Əliyev və indiki - post Əliyev. Hansı dövr sizin üçün maraqlı, cəzbedici, olub?

- Bütün dövrlərdə işgəncə görmüşəm. Sovet dövründə dilim farağat durmurdu, sistemlə savaşırdım. O vaxt açıq olmurdu söhbətlər, bağlı qalırdı hər şey, amma mən ağrısını çəkmişəm. Əliyev dövründə bilmirəm onun əliylə, ya dolayısı ilə çox əziyyət çəkmişəm, baxmayaraq, bilirdim ki, Heydər Əliyev mahnılarımı sevirdi. O, kimisə alçalda bilərdi, amma məni bir dəfə alçatmadı, baxmayaraq ki, müstəqillik illərində mən Heydər Əliyevin addımlarını çox kəskin tənqid eləmişəm. Özü də evdə pıç-pıçla yox....

- Siyasət üçün darıxmırsız?

- Yox, siyasət çox çirkab, yalançı idi. Məni siyasətçi kimi qəbul edirdilər, amma mən vətəndaş idim. Siyasət özünə yer etməkdir. Vətəndən başlayırlar, sonra şəxsi rifahı düşünürlər. Demişəm, bir də təkrar eləyirəm, nə müxalifətə, nə iqtidara alət olmaq istəyirəm.

- Bəs bu gün bir vətəndaş kimi sizi nə narahat edir?

- Qarabağ, bir də camatın sosial rifahı.

- Sizcə, iqtisadiyyatı çox sürətlə inkişaf edən Azərbaycanın vətəndaşı niyə sosial rifahdan şikayətlənməlidi?

- İqtisadiyyatı sürətlə inkişaf edən ölkənin vətəndaşı belə yaşamaz.

Verlişi burdan dinlə:

XS
SM
MD
LG