Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:19

Ravvinlər və keşişlər Nyu-Yorkda müsəlmanların müdafiəsinə qalxır


Nyu-York metrosunda islam əleyhinə şüar, 24 sentyabr 2012
Nyu-York metrosunda islam əleyhinə şüar, 24 sentyabr 2012
-
Nyu-York metrosunun 20 stansiyasına yapışdırılmış islam əleyhinə şüarlara yəhudi və xristian qrupları elə şüarlarla cavab verib.

Yəhudi Ravvinləri İcmasının şüarlarında bunlar yazılıb:

«Kinlə nifrət arasında qalanda, sevgini seçin. Müsəlman qonşularınıza qarşı dözümsüzlüyü dayandırın».

Xristian qrupunun elanında isə bunlar yazılıb:

«Müsəlman qonşularınızı sevin».

Bundan əvvəl isə - sentyabrın sonlarında metronun 20 stansiyasında cihad əleyhinə şüarlar vurulmuşdu. Onun məzmununu bir çoxları islamofobiya kimi başa düşmüşdü. Həmin elanda deyilirdi:

«Ağıllı adamla vəhşi arasında istənilən müharibədə həmişə ağıllını dəstəkləyin. İsraili dəstəkləyin. Cihadı məğlub edin».

Bundan sonra xristian və yəhudi qrupları bu şüarlar əleyhinə öz şüarlarını yapışdırıblar.

Cihad əleyhinə reklam kampaniyasına Amerika Azadlığını Müdafiə Təşəbbüsü (AFDI) adlı təşkilat başlayıb. Bu təşkilat müsəlmanlara nifrət bəsləyən qurum kimi tanınır. Təşkilatın icraçı direktoru Pamela Geller deyib ki, azadlıqlar təhlükə altındadır:

«Bu, azadlığımız uğrunda olan müharibədir. Mən hansısa vəhşinin hüquqlarını pozacağam deyə, öz azadlığımı qurban verə bilmərəm».

Nyu-York metrosunda islam əleyhinə şüar, 24 sentyabr 2012
Nyu-York metrosunda islam əleyhinə şüar, 24 sentyabr 2012
RAVVİNLƏR ETİRAZ EDİR

Müsəlmanlar əleyhinə olan elanlara qarşı elanlar yapışdıran yəhudi icmasının direktoru Kahn-Troster isə deyir ki, təşkilatları 1800 ravvini birləşdirir. Bu da Şimali Amerikadakı ravvinlərin yarısıdır.

Kahn-Troster deyir ki, müsəlmanlar əleyhinə olan reklam kampaniyasından sonra onların icmasına çoxlu ravvinlər müraciət edib:

«Bizə çoxlu ravvinlər müraciət edirdi. Deyirdilər ki, biz buna necə cavab verə bilərik? Müsəlman qardaşlarımıza, qonşularımıza qarşı nifrəti təbliğ edən reklam kampaniyasına qarşı münasibətimizi necə bildirə bilərik?».

Nyu-York metrosunun rəhbərliyi isə bildirib ki, müsəlmanlar əleyhinə olan reklamı yerləşdirmək istəmirlərmiş. Onun məzmununun təhqiramiz olduğunu bildiribmişlər. Ancaq sonradan AFDI federal məhkəməyə müraciət edib. Məhkəmənin qərarından sonra reklamlar yapışdırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG