Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:19
Öz ölkəsindəki seçkinin düzgünlüyünə qadınlar kişilərdən az inanır.

Bunu Gallup Təşkilatının 125 ölkədə keçirdiyi sorğu göstərir.

Dünya üzrə qadınların 46 faizi, kişilərin isə 48 faizi öz ölkələrində keçirilən seçkiyə etimad edirlər.

Azərbaycandakı seçkilərə etimad qadınlar arasında 54, kişilər arasında 58 faizdir.

FƏRQ ƏN ÇOX VARLI ÖLKƏLƏRDƏDİR

Maraqlıdır ki, öz ölkəsindəki seçkiyə etimad edən kişilərlə qadınlar arasında fərq ən varlı ölkələrdə ən yüksəkdir. Burda seçkilərə kişilərin 61 faizi etimad edir, qadınların 53 faizi.
Fərq 8 faizdir. Bu da dünya üzrə orta göstəricidən 4 dəfə çoxdur.

Varlı ya kasıb ölkə deyəndə Daxili Məhsulun həcminə görə götürülür.
Ölkə kasıb olduqca seçkiyə etimad qadınlarla kişilərdə fərq etmir.
Kasıb ölkələrdə seçkiyə etimad edən qadınlar da 49 faizdir, kişilər də 49 faiz.

Gəliri aşağıdan ortaya qədər olan ölkələrdə seçkiyə etimad hətta qadınlara arasında daha yüksəkdir.

Sorğu bir maraqlı cəhəti də üzə çıxardır. Öz ölkəsindəki seçkiyə etimad ən varlı və ən kasıb ölkələrdədir.

Ən aşağı etimad isə var-dövləti ortadan yüksəyə qədər olan ölkələr qrupundadır.

Qitələr üzrə götürəndə öz ölkəsindəki seçkiyə etimad ən yüksək Avropadadır. Avropa ölkələrində bu, 50 faizdən yuxarıdır.

Regionlar üzrə ən aşağı etimad keçmiş SSRİ məkanındadır – qadınlar arasında 25, kişilər arasında 26 faiz.

Şərhləri göstər

XS
SM
MD
LG