Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:55
Azərbaycanın baş prokuroru Zakir Qaralov qısamüddətli məzuniyyətə çıxıb.

APA-nın məlumatına görə, hazırda baş prokurorun səlahiyyətlərini baş prokurorun birinci müavini Rüstəm Usubov icra edir.

Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov məlumatı təsdiqləyib və yaxın günlərdə
Zakir Qaralovun vəzifəsinin icrasına başlayacağını deyib.

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də qısa müddətə məzuniyyətə gedib.

Bunu “Yeni Müsavat” qəzetinə Administrasiyanın İctimai-siyasi Şöbəsinin müdiri Əli Həsənov bildirib.

Amma Əli Həsənov Ramiz Mehdiyevin nəvaxt qayıdacağı və hansı ölkəyə getməsi barədə suallara cavab verməyib: “Burada qeyri-adi nə var ki? Ramiz Mehdiyev Avropa ölkələrindən birinə gedə bilməzmi?” - deyə Əli Həsənov bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG