Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:20

Rusiya təyyarə qalmaqalına görə narahatlığını bildirib


Rusiyanın Xarici İşlər Nazirliyi Moskva-Dəməşq reysi ilə uçan Suriya təyyarəsinin Ankarada məcburi endirilməsindən narahatlığını bildirib.

Nazirliyin məlumatında bildirilir ki, təyyarədə olan sərnişinlər (onların 17-si Rusiya vətəndaşı olub) təhdid altında olub.

Suriya isə Türkiyənin beynəlxalq aviasiya qaydalarını pozduğunu bildirib.

Oktyabrın 10-da Türkiyə Suriyanın Moskvadan Dəməşqə gedən A 320 tipli mülki təyyarəsini Ankarada məcburi endirmişdi. Təyyarədə axtarış aparılıb.

Axtarışdan sonra Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu bildirib ki, “Suriyanın sərnişin təyyarəsini sərnişinlərlə birlikdə getməsinə icazə veririk. Ancaq təyyarədən götürülən əşyaların yoxlamaları davam edir”.
XS
SM
MD
LG