Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:24

Futbol, şəriət və kosmosa uçan opera müğənnisi


UK -- Newcastle United's Antoine Sibierski (R) evades a challenge from Watford's Alhassan Bangura (L) 25Dec2007
UK -- Newcastle United's Antoine Sibierski (R) evades a challenge from Watford's Alhassan Bangura (L) 25Dec2007
-
Britaniya Müsəlman Şurası (MCB) İngiltərənin aparıcı futbol klublarından Nyukaslın qısamüddətli kredit şirkəti ilə 24 milyon funt sterlinqlik müqavilə bağlamasını kəskin tənqid edib.

Əslində, bu sponsorluq müqaviləsini ölkənin bir çox millət vəkilləri, insan haqları fəalları və eləcə də komandanın bəzi azarkeşləri artıq tənqid etmişdilər.

Britaniyada Wonga şirkəti kimi “maaş günündək kredit” sistemi ilə işləyən minlərcə xırda bank var. Onlar təcili pula ehtiyacı olanlara kiçik məbləğdə kredit verirlər, lakin bu pula böyük faiz qoyurlar.

Nyukasl məşhur olsa da, “yoxsul” komanda sayılır və bildirir ki, bu pulu alsa, o da varlı komandalar kimi “oyunçu alqı-satqısı” ilə məşğul ola biləcək.

Lakin MCB-nin tənqidi həm də onunla bağlıdır ki, Nyukaslın dörd müsəlman oyunçusu Demba Ba, Papiss Cissé, Cheick Tioté və Hatem Ben Arfa müqaviləyə əsasən üzərində Wonga-nın adı olan idman formaları geyinməlidirlər.

Britaniyanın Müsəlman Şurası bu qənaətdədir ki, mömin müsəlman olduqları söylənən bu oyunçılar faizlə borc verən şirkətin adını daşıyan formaları geyinə bilməzlər, çünki faizlə və ya sələmlə borc vermək və ya almaq şəriət qanunlarına ziddir.

Qəzetlər yazırlar ki, adları çəkilən müsəlman futbolçular, yeni formaları geyinməkdən imtina edə bilərlər.

Vaxtilə Uest Ham klubunun keçmiş hücumcusu Frédéric Kanouté Seville klubunda oynayarkən üzərində məşhur qumar şirkətinin emblemi olan formanı geyinməkldən imtina etmişdi.

Klubun rəhbərliyi ona güzəştə getmiş, futbolçu meydançaya üzərində heç bir yazı olmayan forma ilə çıxmışdı. Hərçənd o, məşqlər zamanı bütün komanda kimi emblemli formanı geyinməli did.

BRİTANİYANIN MÜSƏLMAN ŞURASI NƏDİR?

Bu şura hökumət tərəfindən 1990-cı illərdə tanınıb, lakin heç bir direktiv gücə malik deyildir.

Ara-sıra hökumətdən müəyyən icma layihələri üçün qrantlar alan şuranın vəzifəsi ölkə müsəlmanları arasında maarifçilik işi aparmaq, dinlərarası dözümlülüyü təbliğ etməkdir.
Bu qeyri-hökumət təşkilatı Britaniyanın onlarca müsəlman təşkilatlarını birləşdirir, lakin fitva gücünə malik deyildir.

Odur ki, təşkilatın baş katibinin müavini şeyx Ibrahim Mogra mətbuata verdiyi bəyanatda ehtiyatla danışıb: “Bu məsələnin iki aspekti var. Biz nəyinsə şəriət qanunlarına zidd olduğunu göstəririk, lakin fərdlər bu qanunlara tabe olub-olmamaqda azaddırlar”.
Şeyx əsəbiliklə əlavə edib: “Meydançada 11 oyunçu var, olmazmı ki, onlardan dördü emblemsiz çıxış etsinlər? Reklam üçün yeddi oyunçu da kifayət edər”.

İndi Nyukaslın müsəlman oyunçıları özləri qərara gəlməlidirlər.
Necə ki, Britaniyadakı onlarca məsçid öz imam və axundlarını təyin edəndə Britaniya Müsəlman Şurasından icazə almır.

VƏ ƏCNƏBİ GÖYDƏ… “SOYUZ”LARLA UÇUR

Bu arada Britaniyanın məşhur opera müğənnisi Sarah Brightman Moskvada verdiyi mətbuat konfransında Beynəlxalq Kosmik Stansiyaya uçuş üçün “bilet” aldığını elan edib.

Müğənni deyib ki, uçuşdan əvvəl altı ay müddətində Rusiyanın “Ulduz şəhərciyi”ndə ən adi kosmonavt kimi təlim keçməldir.

Beləliklə, 1978-ci ildə “Qəlbimi kainat səyyahına vermişəm” adlı mahnısı ilə hit-paradlarda birincilik qazanan və indiyədək 30 milyon diski satılmış soprano, kosmosa uçan ilk müğənni olacaq.

UNESCO-nun xoşməramlı səfiri olan Brightman bu uçuşun qadınları elm və təhsilə həvəsləndirəcəyinə inandığını söyləyib.

“The Guardian” qəzetinin yazdığına görə Roscosmos agentliyinin rəhbərlərindən Aleksey Krasnov bildirib ki, Sara Brightman-in uçuşu, güman ki, 2015-ci ildə gerçəkləşə bilər.

O uçuş biletinin dəqiq qiymətini deməkdən imtina etsə də, bildirib ki, söhbət on milyonlarla dollardan gedir.

Beləliklə, Sarah Brightman kosmosa fərdi səyahətləri təşkil edən şəxsi “Space Adventures” agentliyinin sayca 8-ci sərnişini olacaq.

Bundan əvvəl Rusiya elan etmişdi ki, “Soyuz” kosmik gəmilərində boş yerlərin olmamasına görə kosmos turizmini dayandırır.

NASA özünün məkik gəmilərinin uçuşunu dayandırdıqdan sonra, “Soyuz” gəmiləri beynəlxalq stansiya ilə əlaqə yaradan yeganə nəqliyyat vasitəsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG