Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:14

Teleaparıcı intihar edib


Yevlaxda fəaliyyət göstərən regional «EL» televiziyasının aparıcısı, Lətif Lətifovun oktyabrın 10-da özünə 3 bıçaq zərbəsi ilə xəsarət yetirərək intihar etdiyi bildirilir.

EL TV-dən verilən məlumata görə, həmin gün 22 yaşlı gənc aparıcı Şəkidə çəkilişdə olub və Yevlaxa qayıdaraq evinin hamamında özünə qəsd edib.

Yevlax Rayon Prokurorluğunun müstəntiqi Əvəz Əliyevin verdiyi məlumata görə, hələ ki, qəsdin səbəbləri ekspertiza tərəfindən araşdırılır. Lakin ilkin versiyaya görə, o özünə qəsd edib.

Ailəsi isə Lətifin özünə qəsd etməyə heç bir səbəbinin olmadığını bildirir.

1990-cı il təvəllüdlü Lətif Lətifov Yevlaxda, «El» televisiyazı ilə yanaşı Şəkidə fəaliyyət göstərən «Kanal S» televiziyasında yayımlanan yumoristik verilişin aparıcısı imiş. İntihar edən aparıcının verilişi «Lətiflər, Lətifələr» adlı idi.

Faktla əlaqədar cinayət işi başlayıb, araşdırma aparılır.
XS
SM
MD
LG