Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

"Çingiz Abdullayevlə birgə oturmağı gərək mən özümə sığışdırmayım"


Əkrəm Əylisli

Əkrəm Əylisli

-

Əkrəm Əylisli: “Çingiz Abdullayevə Nyu Yorkda heykəl qoyulsa belə o yazıçı olmayacaq”


Milli Kitab Mükafatının münsiflər heyətinin tərkibi bir müddət əvvəl açıqlanıb. Münsiflərin siyahısında xalq yazıçısı Əkrəm Əylisli də var. Heyətin daha bir üzvü xalq yazıçısı Çingiz Abdullayev “Oxu zalı”na açıqlamasında bildirib ki, Əkrəm Əylisli ilə birgə münsiflərdə təmsil olunmasından narazıdır.

Məsələ ilə bağlı Kulis.az xalq yazıçısı Əkrəm Əylislinin münasibətini öyrənib. Əkrəm Əylisli deyib ki, münsiflər heyətində Çingiz Abdullayevlə birgə oturmağı gərək mən özümə sığışdırmayım. Yazıçı ironiya ilə əlavə edib: “Çingizin seçimi də düzgündür, çünki o yerini bilən adamdır, başa düşür ki, Əkrəm Əylisli ilə bir yerdə onun şətəsi işləməz”.

Xalq yazıçısı Çingiz Abdullayevlə aralarında olan soyuqluğun tarixinə də toxunub: “Bilmirəm bu adamın mənimlə şəxsi qərəzinin, qısqanclığının arxasında nə durur. Əslində bilirəm, çünki həmişə yeri düşəndə demişəm ki, mən Çingiz Abdullayevi yazıçı hesab etmirəm. Bu adamın yazıçılığa aidiyyatı yoxdur. Nyu-Yorkda “Azadlıq heykəli”nin yerində yazıçı kimi Çingiz Abdullayevin heykəli qoyulsa, yenə də onu yazıçı hesab etməyəcəm ”.

Ramilə QURBANLI

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG