Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:55
Türkiyə Suriyanın Moskvadan Dəməşqə uçan A 320 tipli mülki təyyarəsini saxlayıb. Türkiyənin F-16 qırıcı təyyarələri təyyarəni Ankarada Esenboğa hava limanına enməyə məcbur edib. Təyyarədə silah daşınması haqqında məlumatlar varmış.

Təyyarədə 35 nəfər mülki şəxs olub.

Axtarışlardan sonra təyyarə saat 02.30-da yenidən havaya qalxıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, «Suriyanın sərnişin təyyarəsini sərnişinlərlə birlikdə getməsinə icazə veririk. Ancaq təyyarədən götürülən əşyaların yoxlamaları davam edir».

Türkiyə mediası təyyarədən hərbi məqsədli məlumat cihazları tapıldığını bildirib. Ancaq Əhməd Davudoğlu əşyaların detalları haqqında məlumat verməyib.
XS
SM
MD
LG