Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:10

Saakashvili hökumətin istefasını qəbul edib


Gürcüstan prezidenti Mikheil Saakashvili hökumətin istefasını qəbul edib. Saakasvhilinin sərəncamı ilə hökumətin hazırkı tərkibinə yeni hökumət formalaşdırılana qədər səlahiyyətlərin icrasının davam etdirilməsi tapşırılıb.

Hökumətin yeni tərkibi Konstitusiyada nəzərdə tutulmuş müddətdə parlamentə təqdim edilməlidir.

Oktyabrın 1-də Gürcüstanda keçirilmiş parlament seçkilərində Bidzina İvanishvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” koalisiyası qalib gəlib. İvanishvili Nazirlər Kabinetinin yeni tərkibinin siyahısını açıqlayıb.
XS
SM
MD
LG