Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:03

Chavez Maduronu vitse-prezident postuna təyin edib


Venesuela prezidenti Hugo Chavez vitse-prezident postuna keçmiş xarici işlər naziri Nicolas Maduronu təyin edib.

Bu haqda Chavez Milli Seçki Şurasının toplantısında məlumat verib.

Oktyabrın 7-də keçirilmiş prezident seçkilərində Hugo Chavez müxalifət lideri Henrique Caprilesə qalib gələrək dördüncü dəfə prezident olub. O səslərin 54 faizini qazanıb.

Keçən il xərçəng xəstəliyinə tutulan 58 yaşlı Chavez xəstəlikdən tamam sağaldığını bildirir.

Chavezin 6 il davam edəcək yeni prezidentliyi yanvarın 10-dan başlayacaq.
XS
SM
MD
LG