Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:17
-

AVROPA İLƏ AZƏRBAYCANDA PENSİYA...


«2004-cü ildən bəri 1 milyon 100 min iş yeri açılıb ki, onlardan 800 mini daimi iş yerləridir».

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin Nazirlər Kabinetində ilin 9 ayına həsr olunmuş müşavirədəki çıxışını dərc edib.

Prezident öz çıxışında deyib ki, Azərbaycanla inkişaf etmiş Avropa ölkələrindəki pensiyanı müqayisə edib.

«Hazırda Azərbaycanda pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir. Belə ki, Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir».

GÜLƏR ƏHMƏDOVANI HİMAYƏ EDƏNLƏR?

«Azadlıq» qəzeti Gülər Əhmədovanı hansı məmur və qrupun himayə etməsindən yazır.

Qəzetə görə, «Ramiz Mehdiyevin çevrəsi MTN şefi və Paşayevlərdən şübhələnir».

KUMİR AXTARANLAR...

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Qərənfilləşən, qızılgülləşən, məxməriləşən, baharlaşan radikal düşərgə kumir axtarışında»dır.

Qəzet əlavə edir ki, «özünə kumir axtarmaqdan yorulmayan radikal düşərgənin başbilənləri gah yas mərasimlərinin simvoluna çevrilən qərənfilə sarılır, gah portağala həvəs salıb narıncılaşır, gah boz-bulanıq ərəb çöllərinin olmayan baharının havasına yellənir».

ÇÖRƏYİN QİYMƏTİNDƏKİ 10 QƏPİK...

«Yeni Müsavat» qəzeti çörəyin bahalaşmasından yazır. Qəzet çörəyin 10 qəpik bahalaşdığını yazır.

«Çörəyin bahalaşması kasıb təbəqənin kasad büdcəsinə növbəti zərbə oldu. Əvvəl üç çörək alanlar indi ikisini alır».

ELŞAD ABDULLAYEV «TƏLƏSİB»

«Deputatlara YAP-ın adından danışmaq qadağan edilib». Bunu «Bizim yol» qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov Elşad Abdullayevin məlum videonu yaymaqda tələskənliyə yol verdiyini deyir. «Elşad Abdullayev müraciət etmişdisə, gözləyərədi. ...Ortada video da var. Həmin videonun dəqiq olub-olmaması ekspertizadan keçirilməlidir, araşdırmalar aparılmalıdır. Bir sözlə Elşad Abdullayev tələskənliyə yol verib».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG